İlham Əliyev Gülçöhrə Məmmədovaya "Şərəf" ordeni verdi

14:04 - 18 Dekabr 2025 - Cəmiyyət

Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup əməkdaşı təltif edilib.

Prezident universitetin rektoru Gülçöhrə Məmmədovanı "Şərəf" ordeni ilə təltif edib.

Gülçöhrə Məmmədova 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Xəbər xətti