Təkliflərə İranın uran zənginləşdirməsinin 15 illik dayandırılması daxil deyil - Fars

00:33 - 4 May 2026 - DÜNYA

Vasitəçilər vasitəsilə ABŞ-a çatdırılan İran təklifləri Tehranın uran zənginləşdirmə proqramını 15 il müddətinə dayandırmaq öhdəliyini əhatə etmir.

Ucnoqta.az xəbər verir ki,bu barədə Fars xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, "İranın əks təklifi tərəflər arasında yekun razılaşma əldə olunana qədər uran zənginləşdirməsinin 15 illik dayandırılmasını qəbul etməyi və ya Hörmüz boğazının açılmasını əhatə etmir".

Fars-ın qeyd etdiyi kimi, Tehranın 14 bəndlik təklifi Amerikanın doqquz bəndlik təşəbbüsünə cavab olaraq təqdim edilib.

Xəbər xətti