Şolz hərbi xərcləri artırmağa çağırdı

00:25 - 14 Fevral 2025 - DÜNYA

Almaniya kansleri Olaf Şolz Avropanın ABŞ-ın bərabərhüquqlu müttəfiqi olaraq qalmasını təmin etmək üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, Berlində jurnalistlərə deyib:

"Avropanın ABŞ-ın bərabərhüquqlu müttəfiqi olması və qalması üçün təhlükəsizliyimiz üçün daha çox işlər görməliyik ki, biz sülh içində yaşamağa davam edək. Müdafiəmizə nə qədər daha çox xərcləməyimiz Almaniya və NATO-nu hər hansı mümkün hücumdan qorumaq üçün hansı imkanlara ehtiyacımızla müəyyən edilməlidir". “Şübhə yoxdur ki, müdafiə xərclərimiz əhəmiyyətli dərəcədə artmağa davam etməlidir”, o vurğulayıb.

Almaniya kanslerinin sözlərinə görə, NATO-nun ÜDM-in 2%-i hədəfinə çatmaq üçün 2028-ci ildən federal büdcədən əlavə 30 milyard avroya ehtiyac olacaq. "Müdafiəmizə xərclədiyimiz hər bir əlavə faiz indi başqa 43 milyard avroya bərabərdir. Bunlar böyük məbləğlərdir", - deyə o, əlavə edib ki, bu onilliyin sonuna kimi biz yüzlərlə milyard avrodan danışacağıq.

Şolz həmçinin əlavə edib ki, o, Avropa İttifaqı daxilində müdafiə sahəsinə investisiyaların real şəkildə əldə edilməsi və güclü Avropa müdafiə sənayesinin inkişafı ilə bağlı müzakirələri təşviq edəcək. ///tass

Xəbər xətti