Koreya Respublikası milli komandası Dünya Kuboku qrup mərhələsinin ilk oyununda Çexiyanı 2-1 hesabı ilə məğlub etdi.
Ucnoqta.az xəbər verir ki, oyun Qvadalaxara şəhərində keçirilib.
Qələbə qollarını Hvanq İn-beom (67-ci dəqiqə) və O Hyun-gyu (80) vurub. Çexiya millisindən isə Ladislav Krejçi (59) fərqlənib.