Dünya bazarında neftin qiyməti bahalaşıb.
Ucnoqta.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 1,6% artaraq 1 barelə görə 94,59 ABŞ dolları təşkil edib.
Həmçinin, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyul ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,79% artaraq 91,64 ABŞ dollarına bərabər olub.