ABŞ diplomatlarının İsrail daxilində hərəkəti məhdudlaşdırılıb

11:25 - 10 İyun 2026 - DÜNYA

ABŞ səfirliyi Yaxın Şərqdəki gərginlik fonunda işçilərinin İsrail daxilində hərəkətinə məhdudiyyətlər tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.

ABŞ hökumət işçilərinə İsrailin Livan, Misir və Qəzza zolağı ilə sərhədlərə bitişik ərazilərinə səfər etmək qadağandır. Bundan əlavə, diplomatlara Qərb Şəriyəsinin əksər ərazilərinə səyahət etmək qadağandır.

İsraildəki ABŞ səfirliyinin konsulluq şöbələrinə əvvəllər tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Xəbər xətti