Pakistanda baş verən partlayışda azı 11 nəfər ölüb

12:28 - 14 Fevral 2025 - DÜNYA

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Harnai rayonunda baş verən partlayış nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerli kömür şaxtalarından işçiləri daşıyan avtomobilin marşrutuna quraşdırılmış əldəqayırma partlayıcının işə salındığı Şahraq ərazisində baş verib.
Partlayışda 11 şaxtaçı həlak olub, 6 nəfər yaralanıb. Telekanalın qeyd etdiyi kimi, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xəbər xətti