Kralın nəvəsi beynəlxalq axtarışa verildi

11:59 - 19 İyun 2026 - DÜNYA

Paris Apelyasiya Məhkəməsi keçmiş Rumıniya kralı II Karolun (1893-1953) nəvəsi Pol-Filip Hohenzollernin Rumıniyaya ekstradisiya edilməsi barədə qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ştirile ProTV televiziya kanalı məlumat verib.

Kanalın məlumatına görə, hökmdən sonra Fransa hakimiyyəti keçmiş kralın nəvəsini evində tapmayıb və onu beynəlxalq axtarışda olan şəxslər siyahısına əlavə edib.

Qeyd olunur ki, Pol-Filipin qərardan apelyasiya şikayəti vermək üçün beş günü var. Rumıniya Ədliyyə Nazirliyi bildirib ki, Paris məhkəməsinin qərarı "Fransa və Rumıniya arasında effektiv əməkdaşlığın uğurudur".

Digi24 televiziya kanalının məlumatına görə, 2025-ci ilin aprel ayında Pol-Filip Fransada saxlanılıb və Rumıniya hüquq-mühafizə orqanlarının tələbi ilə ev dustaqlığına salınıb.

Rumıniyada o, əvvəllər kral ailəsinə məxsus olan torpaq sahələri ilə bağlı korrupsiya, çirkli pulların yuyulması və fırıldaqçılıqda ittiham olunur.

Xəbər xətti