Braziliya prezidenti martın 24-də Yaponiyaya gedəcək

08:03 - 14 Fevral 2025 - DÜNYA

Braziliya prezidenti Luiz İnasio Lula da Silva martın 24-dən 27-dək Yaponiyada dövlət səfərində olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Yaponiya imperatoru Naruhito ilə görüş, həmçinin baş nazir Şiqeru İşiba ilə danışıqlar və şam yeməyi nəzərdə tutulub.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşini qeyd edib ki, Tokio ümid edir ki, bu səfər strateji qlobal tərəfdaşlar olan iki ölkə arasında münasibətləri gücləndirəcək.

Xəbər xətti