Bakıya bu tarixdə qar yağacaq

16:17 - 14 Fevral 2025 - Cəmiyyət

Növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi gözlənilir.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:

“Qış mövsümünün təsiri ilə yaxın günlərdə hava şəraitinin dəyişkən və qeyri-sabit olması gözlənilir. Şimaldan ölkəmizə daxil olan soyuq hava kütlələri səbəbindən ayın sonuna doğru Bakı və Abşeron yarımadasında qar yağma ehtimalı yüksəkdir” - Mahmudov deyib.

Xəbər xətti