Niderland Litvada keçiriləcək təlimlərdə iştirak edəcək

10:43 - 2 İyul 2024 - DÜNYA

Niderland "Baltic Connection" təlimlərində iştirak etmək üçün Litvaya Patriot zenit-raket kompleksləri (SAM) göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, iyulun 7-dən 19-dək keçiriləcək təlimlərdə NASAMS reaktiv yaylım atəş sistemləri ilə Litva Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə batalyonu, Litva Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, Niderlanddan “Patriot” sistemi, Litvanın Zokniai aviabazasından Baltikyanı ölkələrin hava məkanını mühafizə edən İspaniya və Portuqaliya Hərbi Hava Qüvvələrinin qırıcıları iştirak edəcək.

Təlim ssenarisi iştirakçıların yerdəyişməsi, onların təyin olunmuş yerə toplanması, vahid komanda üsullarının tətbiqi və potensial düşmən təyyarələrinin müəyyən edilməsini nəzərdə tutur.

Xəbər xətti