İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə zərbələr endirib

08:16 - 4 İyul 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livanın cənubunda şiə silahlı Hizbullah qruplaşmasının hədəflərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ötən gecə İDF döyüşçüləri Livanın cənubundakı "Hizbullah" terror hədəflərinə, o cümlədən Çikhine bölgəsindəki hərbi struktura və Blata bölgəsindəki üç terror infrastruktur obyektinə zərbələr endirib. Bundan əlavə, hərbçilər Livanın cənubundakı Şab'a bölgəsində təhlükəni aradan qaldırmaq üçün zərbələr endiriblər

Xəbər xətti