Masallıda 62 yaşlı kişi elektrik dirəyindən yıxılaraq ölüb

12:05 - 5 İyul 2024 - ÖLKƏ İÇİ

Masallı rayon sakininin iyulun 4-də elektrik dirəyindən yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, iyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti