Kontakt linzalarla dənizə və hovuza girmək təhlükəlidir

06:38 - 8 İyul 2024 - DİGƏR

Yay ayları dedikdə ağıla ilk gələn şübhəsiz dəniz və hovuz olur. Ancaq diqqət edilmədikdə suyun sevinci kabusa çevrilə bilər. Bu səbəbdən dənizə və ya hovuza girərkən bəzi ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Çünki yay aylarının bu sərin həzzi sadə zədələrdən dəri xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Göz sağlamlığı bunlar arasındadır.

Bəs, dəniz və hovuzun göz sağlamlığına mənfi təsirləri nələrdir? Kimə daha çox diqqət yetirmək lazımdır? Soyumaq istəyən, lakin göz sağlamlığını riskə atmaq istəməyənlər nəyə əməl etməlidir? 

Ucnoqta.az xəbər verir ki, oftalmoloq prof. Dr. Banu Açıkalının sözlərinə görə, yayda sərinləmək üçün dənizə və ya hovuza üz tutanlar mütləq kontakt linzalarını çıxarmalıdırlar. Çünki kontakt linzaları ilə suya girənlərin gözündə ciddi infeksiyalar yarana bilər.
Hovuzlarda istifadə olunan dezinfeksiyaedici maddələr. Xüsusilə xlorun səviyyəsi göz sağlamlığını təhdid edən mühüm faktordur. 

Göz sağlamlığını qorumaq üçün üzgüçülük eynəkləri ilə hovuza və ya dənizə girmək bu nöqtədə işləyən əsas ehtiyat tədbiri olaraq göstərilir.

“Kontakt linzalar mütləq çıxarılmalıdır”
Dənizdə və ya hovuzda göz sağlamlığına diqqət etməli olanlar arasında linza taxanlar da var. Çünki bəzi insanlar bəzən səhlənkarlıq, bəzən də vecinə almadıqları üçün linzaları ilə suya girirlər. 

Hovuz və dəniz suyundakı mikroblar, bakteriya və viruslar linzanın strukturuna sızaraq yerləşə bilər. Hətta orada çoxalıb sonra bu gözə keçə bilər. Bu da gözlərdə ciddi infeksiyalara səbəb ola bilər. Bu səbəbdən kontakt linzalarını çıxarmalıdırlar. Yay aylarında gündəlik birdəfəlik linzalardan istifadə etmək daha sərfəlidir. Allergiyaya səbəb olmadığı və atıldığı üçün yoluxma riski daha azdır.

Xəbər xətti