Babək rayonunda evdən 9 min manat oğurlanıb

18:16 - 4 Oktyabr 2024 - HADİSƏ

Babək rayonunda evlərin birindən 9000 manat oğurlanması barədə polisə məlumat daxil olub.

APA-nın xəbərinə görə, Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən B.Rüstəmov saxlanılıb.

Həyata keçirilən digər əməliyyat zamanı təmir etdiyi evdən oğurluq edən E.Əliyev də saxlanılaraq istintaqa təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər xətti