Şri-Lankada iki günlük milli tətil elan edilib

08:41 - 8 İyul 2024 - DÜNYA

Şri-Lankanın dövlət sektorunun 200-dən çox həmkarlar ittifaqı iyulun 8-i və 9-da iki günlük milli tətil elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ada Derana informasiya portalı məlumat yayıb. Portalın xəbərinə görə, etirazçılar bir sıra tələblər irəli sürüblər ki, bunlardan da başlıcası maaşların artırılmasıdır.

Aksiyada kommunal təsərrüfat işçiləri, poçt-teleqraf işçiləri, yerölçənlər, kənd təsərrüfatı işçiləri, məktəb müəllimləri və s. iştirak edəcək.

Ölkənin hakimiyyət orqanları vətəndaşlara xəbərdarlıq edir ki, tətil səbəbindən bir çox qurumların, o cümlədən kommunal xidmət sahəsində fəaliyyət göstərən qurumların fəaliyyəti dayandırılacaq.///tass

Xəbər xətti