ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əri Duqlas Emhoff yeni koronavirusa yoluxub və xəstəliyin heç bir əlaməti yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
Bildirilir ki, Emhoff əvvəllər peyvənd olunub və daha sonra üç dəfə gücləndirici doza verilib.
Mətbuat xidməti Emhoffun xəstəliyinin hazırda asemptomatik olduğunu, onun uzaqdan işlədiyini deyib. Harrisdə koronavirus testi mənfi çıxıb.