Azərbaycanda turizm sektorunda problemlər: Türmə rejimi ...

11:54 - 5 İyul 2024 - Xəbər

Azərbaycan geniş turizm imkanlarına malik olsa da bu sektorda hələ də çatışmazlıqlar, problemlər qalmaqdadır. Sözügedən sektorda hələki peşəkar mütəxəssislərə rast gəlinmir. Sosial şəbəkələrdə tez-tez turizm bölgələrindən şikayətlərə və narazılıqlara rast gəlmək olur.

Ucnoqta.az xəbər verir ki, belə bir narazılığı tanınmış jurnalist Murad Əhməd sosial şəbəkədə yazıb. Murad Əhməd qeyd edir ki, Şəkidə yerləşən Şəki Yaylası istirahət mərkəzinə gəlmişik:

"Oteldə 4 nəfərlik otaq tutmuşuq. Səhər yeməyi açıq bufet deyil, özləri təqdim edir. Özlərinin qaydası var ki, səhər yeməyinə otaqda qalan hamı eyni yeməyi yeməlidir. Və bu barədə əvvəldən məlumat verilməyib.

Yəni 4 pors yemək verəcəklərini deyirlər, menyudə 4-5 növ isti yemək var. Amma türmə rejimi kimi hamı eyni yeməyi seçməlidir. Administrator, rəhbərlik hamı ilə danışdıq, izah etdik, amma başa sala bilmədim. Çox tupoy yanaşma ilə idarə edilir. Sonra da deyilir Azərbaycanda daxili turizmə dəstək olmaq lazımdır.

P.S sonradan daha ağıllı birini çağırdılar, deyir ki, biz qonaqlara baxıb yemək veririk. Deyir sizdə 2 nəfər uşaqdı, onsuz da az yeyəcəklər, ona görə ortaya 2 pors verəcəkdik. Dedim daha bunu özün deyirsənsə, sənlə nə müzakirə aparım".

Xəbər xətti