Bakıda tozun miqdarı normadan artıqdır

09:08 - 5 İyul 2024 - Xəbər

Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Ucnoqta.az-a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır. 

“Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

Xəbər xətti