Argentina Amerika kubokunun yarımfinalına yüksəlib

08:09 - 5 İyul 2024 - İDMAN

Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadoru penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Texas ştatının Hyuston şəhərində keçirilib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 35-ci dəqiqədə argentinalıların heyətində Lautaro Martines fərqlənib. İkinci hissəyə əlavə olunan 2-ci dəqiqədə Ekvador millisinin heyətində Kevin Rodriges fərqlənib.

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi penaltilər seriyasında dəqiq ola bilməyib. Qapıçı Emiliano Martinez rəqibin iki topunu qaytarıb.

Argentinalılar yarımfinalda Venesuela və Kanada milli komandaları arasında keçirilən oyunun qalibi ilə oynayacaqlar.

Amerika Kuboku iyulun 15-də başa çatacaq. ///tass

Xəbər xətti