İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olunub

10:32 - 5 İyul 2024 - Ədəbiyyat

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə  İSB-dən bildirilib.

O, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşğulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.

Xəbər xətti