İsrail ordusunun itkiləri artıb

07:54 - 5 İyul 2024 - DÜNYA

Qəzzada daha iki İsrail hərbçisi həlak olub

Ucnoqta.az xəbər evrir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qəzza zolağının şimalında HƏMAS hərəkatı ilə döyüşlər zamanı 20 yaşlı serjant Eyal Mimran həlak olub. Həmçinin, 38 yaşlı mayor İtay Qalea “Hizbullah” hərəkatının yaraqlılarınınLivandan İsrailin şimalına raket hücumları nəticəsində həlak olub. Bununla da İsrail Ordusunun itkiləri 679 nəfərə çatıb.

Xəbər xətti