ChatGPT yaradıcısının gizli məlumatları oğurlanıb

07:41 - 5 İyul 2024 - MARAQLI

Hakerlər süni intellekt texnologiyalarının inkişafı ilə bağlı məlumatları özündə əks etdirən ChatGPT, OpenAI-ni yaradan şirkətdən gizli texnologiyalar oğurlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən The New York Times məlumat yayıb.

Söhbət OpenAI əməkdaşlarının ən son texnologiyaların müzakirə olunduğu daxili onlayn forumun sındırılmasından gedir - bu, 2023-cü ildə baş verib. Daha sonra şirkət rəhbərliyi həm işçilərə, həm də şirkətin direktorlar şurasına qarşı kiberhücum barədə məlumat verib, lakin xəbəri ictimaiyyətə yaymamaq qərarına gəlib. Bu addıma səbəb kimi müştərilər və ya tərəfdaşlar haqqında məlumatların oğurlanmaması göstərilib.

Şirkət rəhbərliyi süni intellektin inkişafı ilə bağlı mühüm məlumatların oğurlanmasının milli təhlükəsizliyə təhdid ola biləcəyini də nəzərə almaqdan imtina edir. Qəzet qeyd edir ki, əgər şəxsi haker qrupları OpanAI-nin məlumatlarını oğurlaya bilsəydilər, o zaman Çindəkilər kimi hökumət hakerləri adlananlar da bunu edə bilərdilər.

Xəbər xətti