Bəşər Əsədin müşaviri xəstəxanada ölüb

07:03 - 6 İyul 2024 - DÜNYA

Suriya prezidenti Bəşər Əsədin müşaviri Luna əl-Şibl Dəməşq yaxınlığında baş verən qəzadan sonra xəstəxanada dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi ərəb respublikası rəhbərinin ofisinə istinadən məlumat yayıb.

Qadının Dəməşq xəstəxanasının reanimasiya şöbəsində olduğu qeyd edilir.

İyulun 2-də Əl-Şiblin idarə etdiyi avtomobil Ərəb Respublikasının paytaxtına gedən magistraldan çıxıb, yolun kənarına aşıb.

Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılsa da, onun sürücüsü sağ qalıb və nəzarətə götürülüb.

Əl-Şible 1975-ci ildə anadan olub. 2010-cu ilə qədər Suriya televiziyası və Əl-Cəzirə kanalında jurnalist kimi çalışıb. Dörd il əvvəl o, dövlət başçısının müşaviri təyin edilib, bundan əvvəl prezident administrasiyasında informasiya və siyasi büroya rəhbərlik edib. Onun həyat yoldaşı Ömər Saati tələbələrin milli birliyinin sədri və millət vəkilidir.

Xəbər xətti