Çində valyuta fırıldaqçılığı ilə məşğul olan 101 nəfər həbs olunub

07:34 - 5 İyul 2024 - DÜNYA

Polis Çinin cənubundakı Quanqdonq əyalətində 1,47 milyard yuandan (202 milyon dollardan çox) çox valyuta ilə əlaqəli cinayətlərə görə üç dəstənin üzvlərini həbs edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik Nazirliyinin Cinayət Axtarış Bürosunun direktor müavini Çen Şiqu brifinqdə məlumat verib.

Bildirilir ki, Guangdong Əyalət Polisi valyuta fırıldaqçılığı ilə məşğul olan üç dəstəni yaxalayıb. Beş qeyri-qanuni valyuta mübadiləsi faktını üzə çıxarıb və altı yeraltı pul anbarını məhv edib. O, qeyd edib ki, 101 şübhəli həbs olunub.

Xəbər xətti