Xırdalanda su xəttində qəza baş verib - Agentlik

12:06 - 4 İyul 2024 - Xəbər

Xırdalan şəhərində su xəttində qəza baş verən əraziyə dərhal qəza briqadası göndərilib.

Bu barədə Ucnoqta.az-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

"Xəttə suyun verilməsi davam etdirilib. Artıq orada təmir aparılır. Təqribən 1 saata təmir işləri yekunlaşacaq", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün müxtəlif media qurumlarında Xırdalanada 28-ci məhəllə adlanan ərazidə su borusunun partlaması barədə xəbərlər yayılıb.

Xəbər xətti