Yeznəsi ilə mübahisə edən baldız onu bıçaqladı

06:57 - 4 İyul 2024 - HADİSƏ

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.///apa

Xəbər xətti