Sumqayıtda kişi özünü ayaqqabı ipi ilə asdı

11:09 - 3 İyul 2024 - HADİSƏ

Sumqayıtda intihar hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 2-də İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Teymur Hümbətov yaşadığı evin hamam otağındakı borudan boyun nahiyəsini düyünlədiyi ayaqqabı bağı ilə özünü asıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti