Rusiya Türkiyədən sitrus meyvələrinin idxalını kəskin azaldıb

10:03 - 4 İyul 2024 - İQTİSADİYYAT

Rusiya bu ilin may ayında Türkiyədən sitrus meyvələrinin idxalını ötən illə müqayisədə kəskin azaldıb.

Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə qarşılıqlı ticarət statistikasına istinadən xəbər verir.

Qeyd olunur ki, portağal idxalı ən çox - 77 tona, yəni 14 dəfə azalıb. Bununla yanaşı, naringi alışının həcmi 6,5 dəfə - 411 tona qədər azalıb. Həmçinin, Rusiya Federasiyası Türkiyədən üç dəfə az - 2,2 min ton limon almağa başlayıb.

Eyni zamanda, qreypfrut idxalı 6 dəfə artaraq 2,9 min tona çatıb.

Qeyd olunur ki, mağazalar şəbəkəsində olan portağalların təxminən 23-25%-ni Türkiyə Rusiyaya verir.

Xəbər xətti