Ukrayna BVF-dən 2,2 milyard dollarlıq daha bir tranş alıb

12:09 - 3 İyul 2024 - İQTİSADİYYAT

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) ümumi həcmi təxminən 16 milyard dollar olan Genişləndirilmiş Kredit Mexanizmi (EFF) proqramı vasitəsilə 2,2 milyard dollar alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqalın Telegram-kanalında deyilir.

Şmıqalın sözlərinə görə, köçürülən məbləğ hökumətə kritik büdcə xərclərini, sosial müavinətləri, həkim və müəllimlərin maaşlarını maliyyələşdirməyə kömək edəcək.

Xatırladaq ki, Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılması BVF-nin Direktorlar Şurası tərəfindən iyunun 28-də təsdiqlənib.

Xəbər xətti