Kriptovalyutalar kəskin UCUZLAŞDI

10:42 - 4 İyul 2024 - İQTİSADİYYAT

Kriptovalyuta bazarları 4 iyul 2024-cü ildə enişlə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bazarların ümumi həcmi 3,62 faiz azalaraq 2,17 trilyon dollara düşüb.

Bitcoin (BTC) son 24 saatda 3,36 faiz dəyər itirərək qiyməti 58 894 dollara düşüb. Ethereum (ETH) isə eyni dövrdə 4 faiz azalaraq 3 225 dollardan ticarət edir.

Digər kriptovalyutalar aşağıdakılardır:

Solana (SOL) 8,49 faiz ucuzlaşaraq 136,15 dollara düşüb.
Ripple (XRP) 4,22 faiz azalaraq 0,4591 dollar olub.
Dogecoin (DOGE) 5,84 faiz itki ilə 0,114 dollara ticarət edilir.

Xəbər xətti