Ermənistan ABŞ-la sazişin müddətini daha 7 il uzadıb

12:11 - 4 İyul 2024 - DÜNYA

Ermənistan hökuməti kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına dair ABŞ ilə imzalanmış sazişin müddətini daha 7 il uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib. Bu müqavilə 2000-ci il iyulun 24-də Vaşinqtonda imzalanmış və onun qüvvədə olma müddəti müntəzəm olaraq uzadılmışdır. Müqavilənin müddəti ötən ilin noyabrında başa çatıb. Hökumətin bugünkü qərarına əsasən, müqavilə 2030-cu il noyabrın 24-dək qüvvədə olacaq.

Müqaviləyə əsasən, ABŞ hökuməti Ermənistan hökumətinə kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün pulsuz avadanlıq, material, texnologiyalar verməyi, kadr hazırlığını və s. öhdəsinə götürür.

Razılaşmaya əsasən, Ermənistan nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ABŞ hökumətinin müvafiq nümayəndələrinin ölkə ərazisinə giriş-çıxışını asanlaşdırmağı öhdəsinə götürür və planlaşdırılan vəsaitin daşınması qaydası və şərtləri də müəyyən edilir.

Xəbər xətti