Litva 36 milyonluq müxtəlif tipli PUA-lar alacaq

12:43 - 4 İyul 2024 - DÜNYA

Litva üç istehsalçıdan 36 milyon avroya müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) alır

Ucnoqta.az xəbər verir ki, bu abrədə Baltik Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Resursları Agentliyi Latviyanın kiçik kəşfiyyat pilotsuz uçan aparatlarının istehsalçısı olan "Edge Autonomy", Estoniyanın mini-sinif kəşfiyyat aparatları istehsalçısı olan "Threod Systems" və bu mikro-sinif avadanlığı istehsal edən Litvanın "Deftools" şirkəti ilə müqavilələr imzalayıb.

Qeyd olunur ki, ilk qurğular müştəriyə 2024-cü ilin payızında, qalanları isə 2025-ci ilin əvvəlində gələcək.

Xəbər xətti