İran 11 amerikalıya sanksiya tətbiq edib

10:47 - 3 İyul 2024 - DÜNYA

İran ABŞ universitetlərində Fələstin tərəfdarı etirazların yatırılmasında iştirakına görə amerikalı polis zabitlərinə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.

 Siyahıya DC Metropolitan Polis Departamentinin polis rəisləri Pamela Smith və "New Haven" (Connecticut) Polis Departamentindən Karl Jacobson daxildir. İştirak edən bütün şəxslərin İran ərazisinə daxil olması qadağandır, əgər onlar İslam Respublikasının yurisdiksiyasındadırsa, onların hesabları və aktivləri dondurulur.

Xəbər xətti