Ötən ay 23 aptekdə yoxlama aparılıb , 3-də nöqsan aşkarlanıb

18:56 - 3 İyul 2024 - Cəmiyyət

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyun ayı ərzində 23 aptekdə yoxlama aparıb.

Bu barədə mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Xəbər xətti