ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

07:56 - 4 İyul 2024 - DÜNYA

ABŞ yaxın bir neçə il ərzində Yaponiyaya 48 beşinci nəsil F-35A qırıcıları yerləşdirməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 F-35A və 36 F-16 qırıcısı yerləşdiriləcək. Eyni zamanda, onlar müvafiq olaraq Misawa üzərində yerləşdirilən F-16 və F-15-ləri əvəz edəcəklər. 

Xəbər xətti