"Bu mənim üçün sonuncu çempionatdır" - Ronaldo

09:43 - 2 İyul 2024 - İDMAN

Almaniyada keçiriləcək Avropa çempionatı Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo üçün sonuncu olacaq.

Ucnoqta.az xəbər verir ki, futbolçunun açıqlamasını Portuqaliyanın RTP telekanalı yayıb.

İyulun 2-nə keçən gecə Sloveniya yığmasını penaltilər seriyasında (əsas vaxt 0:0) 3:0 hesabı ilə məğlub edən portuqallar turnirin 1/4 finalına yüksəlib. 39 yaşlı Ronaldo ilk əlavə hissənin son dəqiqəsində penalti zərbəsini qaçırsa da, penaltilər seriyasında fərqlənib.

"Əlbəttə, bu, mənim sonuncu Avropa çempionatımdır. Amma biz futbolu tərk etməkdən danışmırıq. Mənim üçün ən önəmlisi 20 ildən sonra məndə olan həvəsdir" - Ronaldo qeyd edib. 

Xəbər xətti