Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı artıb

17:28 - 1 İyul 2024 - DÜNYA

Dağıstanın rəhbəri Sergey Melikov iyunun 23-də Dağıstanda silahlıların hücumu nəticəsində ölənlərin sayının 22-yə yüksəldiyini bildirib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, hadisənin qurbanları arasında 17 polis əməkdaşı da olub.

Sergey Melikovun sözlərinə görə, terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər birbaşa terror aktları zamanı, ertəsi gün isə bir polis əməkdaşı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

O, qeyd edib ki, iyunun 23-də yaraqlıların hücumu nəticəsində həlak olanlar arasında 17-si polis əməkdaşı, 5-i isə mülki şəxslərdir.

Xəbər xətti