Tovuzda döyülən 66 yaşlı kişi xəstəxanada ölüb

15:55 - 1 İyul 2024 - HADİSƏ

Tovuzda 66 yaşlı kişi döyülüb.

Ucnoqta.az xəbər verir ki, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib. Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə aralarında yaranan mübahisə nəticəsində döyülüb.

Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

66 yaşlı kişi bu gün xəstəxanda vəfat edib.

Faktla bağlı araşdlrma aparılır.///apa

Xəbər xətti