Tahir Budaqov YAP-ın seçki siyahısından danışdı

12:02 - 1 İyul 2024 - SİYASƏT

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda  növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının  (YAP) deputatlığa namizələr siyahısında  kimlərin adının olub-olmaması barədədir. 

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

YAP rəsmisinin sözlərinə görə, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP  İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi  bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək”. 

Xəbər xətti