Müdafiə Nazirliyi vəfat edən hərbçi ilə bağlı məlumat yaydı

11:23 - 1 İyul 2024 - Xəbər

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, zabit məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Xəbər xətti