Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq

11:17 - 1 İyul 2024 - Cəmiyyət

Yanacağın və nəqliyyat xidmətlərinin qiyməti qalxırsa, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Elxan Şahinoğlu qeyd edir ki, bu zəncirvari prosesdir:

"Haqqında çox danışdığımız iqtisadiyyatın şaxələndirilməsi prosesində gecikirik, neft və qaz satışının asılılığından qurtulmaq lazımdır. Ərazi bütövlüyümüzü təmin etdik, ən böyük hədəflərimizdən birinə çatdıq, növbəti hədəfimiz insanların rifah halının yüksəlməsi, iqtisadi və sosial problemlərin həlli olmalıdır. Nəqliyyat xidmətləri gələcəkdə də arta bilər, həssas təbəbəqə üçün güzəştlərin tətbiqinə ehtyac var".

Elxan Şahinoğlunun sözlərinə görə, qaldırılan nəqliyyat qiymətləri hər gün avtobus və metrodan istifadə edən tələbələr, təqaüdçülər və aşağı gəlirli vətəndaşlarımız üçün ağır yükə çevriləcək: 

"Bəyənmədiyimiz sovet dövründə təqaüdçülər və tələbələr müxtəlif güzəşlərdən istifadə edirdilər. Bir çox ölkədə tətbiq olunan mexanizmdən istifadə olunmalıdır, nisbətən ucuz qiymətə 1 ay, 3 ay və 1 illik avtobus və metro kartları satışı çıxarılmalıdır. QardaşTürkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşlara verilən nəqliyyat kartları onların şəhər daxilində pulsuz daşınmasına imkan verir. Kartlardan müharibə veteranları və şəhid ailələri də istifadə edir".

Xəbər xətti