2024-2025-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 6886 nəfər, IX siniflərini 8058 nəfər, XI siniflərini 5800 nəfər şagird bitirir.
Ucnoqta.az xəbər verir ki, cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 87643 şagird təhsil alır.
İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 10818 müəllim fəaliyyət göstərir.
2024-2025-ci tədris ilində şimal-qərb region üzrə .283 ümumi təhsil məktəbində fəaliyyət göstərən 367 məktəbəhazırlıq qrupuna 5794 uşaq cəlb olunub.
Qeyd edək ki, Şəki– Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumtəhsil müəssisəsi, 205 məktəbəqədər təhsil müəssisəsi, 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.