Rusiya regionları üzərində 32 PUA vurulub

08:40 - 11 İyun 2025 - DÜNYA

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 32 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 16 PUA Voronej vilayətinin ərazisi üzərində, 8 PUA - Kursk vilayətinin ərazisində, 5 PUA - Tambov vilayətinin ərazisində, 2 PUA - Rostov vilayətinin ərazisi üzərində, 1 PUA - Krım sahillərində Qara dəniz üzərində zərərsizləşdirilib.

Xəbər xətti