XİN Hindistana başsağlığı verdi

15:04 - 12 İyun 2025 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

"Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc olacağınıza ümid edir və şəfa arzulayırıq", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, "Boeing 787 Dreamliner" təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub. NDTV telekanalı qəzadan sağ çıxanların olduğu barədə məlumat yayıb. Həlak olanlar və yaralananlar barədə hələlik rəsmi məlumat verilmir.

Xəbər xətti