Hindistanın qərbində, Əhmədabadda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə qara qutular tapılıb.
Ucnoqta.az xəbər verir ki. bu barədə News18 telekanalı məlumat yayıb.
Göyərtəsində 242 nəfər olan Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarə Londona uçurdu.
“The New Indian Express”in məlumatına görə, qəza nəticəsində 310-dan çox insan həlak olub - həm sərnişinlər, həm təyyarənin göyərtəsində olan ekipaj üzvləri, həm də yerdə olan insanlar.