Kuril adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib

00:03 - 14 İyun 2025 - DÜNYA

Kuril adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər xətti