İsrail ordusu İranda nüvə proqramının hazırlanmasında iştirak edən doqquz əsas nüvə alimi və ekspertinin məhv edildiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, İranın İsrailə atmağı planlaşdırdığı 2000 raketdən yarısının buraxılmasının qarşısını İranın atıcı qurğularını vuraraq ala bilib.
Daha əvvəl bildirilmişdi ki, İsrailin hava hücumları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və onun yüksək rütbəli heyəti Tehrandakı bazada keçirilən hərbi konfrans zamanı həlak olub.