MİQ imtahanı nə vaxt keçiriləcək? - AÇIQLAMA

12:10 - 14 İyun 2025 - Cəmiyyət

2024-cü il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb. Bu il rekord sayda – 70 minə yaxın namizəd sistemə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, bu göstərici müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsidir: “İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Xəbər xətti