La Liqa rəhbəri məhkəməyə verilib

18:27 - 13 Avqust 2025 - İDMAN

İspaniyanın İdmanda Şəffaflıq və Demokratiya Tribunalının rəhbəri Migel Anxel Qalan İspaniya İdman Tribunalına (TAD) La Liqanın rəhbəri Xavyer Tebası "Barselona" futbol klubu ilə bağlı məxfi məlumatları açıqlamaqda ittiham etdiyi 50 səhifəlik sənəd təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb.

Məlumata görə, Tebas Kataloniya klubu ilə bağlı məlumatları açıqlayaraq 5 qayda pozuntusuna yol verib.
Xüsusilə, aprel ayında La Liqa “Barselona”nı “Kamp Nou” stadionunun bərpası zamanı maliyyə feyr-pleyini pozmaqda ittiham etmişdi.

Qalan həmçinin Bilbao komandasında çıxış edən Niko Uilyamsın transferi ilə bağlı "Barselona"nın danışıqları zamanı Tebası "Atletik"lə görüşdüyünə görə qınayıb.
İyul ayında “La Vanguardia” xəbər vermişdi ki, Uilyamsın nümayəndəsi “Barselona”nın idman direktoru ilə görüşüb və futbolçunun kluba keçmək arzusunu açıqlayıb. Sport.es-in məlumatına görə, "Barselona" müqavilənin qalan detallarını iyulun 4-də yekunlaşdırmaq niyyətində idi.

Xəbər xətti